Liderlər şəhərləri idarə etmək üçün kifayət qədər hazırlanmır.
"Report" xəbər verir ki, bunu "2020 Urban 20"nin sədri Fahd Al-Rasheed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər İdarəçiliyi üzrə Magistr (MCA) Proqramının Qlobal Təqdimatı" adlı tədbirdə bildirib.
O bildirib ki, bu, liderlər üçün texniki təlimin yoxluğu anlamına gəlmir: "Biz onlara şəhər planlaşdırmasını, nəqliyyat sistemlərinin idarə edilməsi və sistem mühəndisliyi öyrədirik. Lakin biz onları qəbul etməli olduqları son güzəştlərə, verməli olduqları qərarlara hazırlamırıq, çünki bu qərarlar asan deyil. Onlar çətindir və etməli olacaqları seçimlər son dərəcə çətin olacaq".
Onun sözlərinə görə, bəzən iqtisadi inkişafı dayanıqlılıqla tarazlaşdırmaq gərəkəcək: "Bəzən başqa bir yol tikməli olacaqsınız, halbuki bütün şəhər təhsili sizə avtomobillər üçün yollar tikməməyi, metro tikməyi öyrədir, amma bəzən bu bəzi şəhərlərdə məna kəsb etmir. Şəhər liderlərimiz bu qərarları necə qəbul edəcəklər? Onlar vəziyyətin bütün aspektlərini anlaya bilməlidirlər. Daha da vacibi, onlar düzgün sualı verməlidirlər".
Mənbə: report.az