IMG-LOGO

UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir

21 May 2026 10:03 2 baxış
IMG
0 0

"Mənzil böhranının həlli daxili maliyyədən keçir".

Bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.

O bildirib ki, mənzil böhranının həlli üçün ilk növbədə hansı tip yaşayış modelinin qurulacağına dair cəmiyyət daxilində razılıq olmalıdır. Rossbaxın sözlərinə görə, urbanizasiyanı artıran layihələrlə daha kompakt və balanslı şəhər modeli arasında böyük fərq var və bu, birbaşa maliyyə xərclərinə təsir edir.

Anaklaudia Rossbax qeyd edib ki, torpaq mənzil dəyər zəncirinin ən bahalı elementidir və şəhər mərkəzlərində inteqrasiya olunmuş yaşayışın yaradılması daha böyük maliyyə tələb edir.

UN-Habitat rəhbəri bildirib ki, dövlət torpaqlarından istifadə mənzil maliyyəsinin yükünü ciddi şəkildə azalda bilər: “Əgər dövlət torpağı varsa, problemimizin böyük hissəsi həll olunur”.

O vurğulayıb ki, heç bir ölkə mənzil problemini uzunmüddətli və dayanıqlı şəkildə yalnız beynəlxalq maliyyə hesabına həll edə bilməyib: “Əsas rol daxili maliyyələşməyə məxsusdur”.

Anaklaudia Rossbax Çin, Braziliya, Kolumbiya, Meksika, Çili və Hindistan nümunələrini qeyd edərək bildirib ki, uğurlu mənzil siyasətləri dövlət yığımları, kooperativ fondları, işçi yığımları və vergi mexanizmləri hesabına formalaşıb. /"APA-Economics"

WUF13

Mənbə: lent.az

Xəbər lenti