IMG-LOGO

Uruqvaylı nazir: "Layihələrin uğuru dövlət qurumları arasında koordinasiyadan asılıdır"

21 May 2026 09:56 4 baxış
IMG

Layihələrin uğuru dövlət qurumları arasında koordinasiyadan asılıdır.

"Report" xəbər verir ki, bunu Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"Birincisi, biz hökumətdə olduğumuz və bizə aid olan mövqedən bir layihəyə başlayarkən necə işləyirik, layihəyə necə yanaşırıq? Yəni, bu ortaq baxış, bu qurumlararası koordinasiyadır. Bəs bu qurumlararası koordinasiyaya necə nail olunur? Layihələndirmə mərhələsindən başlayaraq. Çünki çox vaxt başımıza gəlib ki, hər hansı bir layihə olanda, sən həmin layihəni mərkəzə qoymayanda, digər bütün qurumlar prosesə vaxtında qoşula bilmirlər (gecikirlər). Ona görə də dövlət siyasətinin sinxronluğu fundamental əhəmiyyət kəsb edir və bu, həm idarəetməni, həm də maliyyələşməni eyni dərəcədə vacib edir, elə deyilmi? ​Beləliklə, layihələrin necə idarə olunması, proqramların bu sinxronluq çərçivəsində, yəni eynivaxtlı yanaşma ilə necə idarə olunması və layihələndirmə mərhələsindən birgə düşünülməsi bizə elə gəlir ki, həm də layihələrin uğurunun çox mühüm bir hissəsini təmin edir", - deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti