Adətən gümüş toy, qızıl toy ifadələrini çox işlədirik. Amma evliliyin hər ilinin öz adı olduğunu az adam bilir. Gümüş toy eləməyə hələ çox varsa siz özünüzə mum, taxta, şüşə toyu edə bilərsiniz.
Lent.az evlilik ildönümlərinin maraqlı adlarını təqdim edir.
Evliliyin 1-ci ili çit toy adlanır. 2-ci il - dəri toy 3-cü ili - buğda toy 4-cü ili - mum toy
5-ci ili - taxta toy
6-cı ili sərv ağacı toyu
7-ci ili yun toyu
8-ci ili lalə toy 9-cu ili saxsı toy
10-cu ili qalay toy 11-ci ili mərcan toy
12-ci ili ipək toy
13-cü ili inciçiçəyi toy
14-cü ili qurğuşun toy
15-ci ili şüşə toy 16-cı ili sapfir toy
17-ci ili qızılgül toy . 18-ci ili firuzə toy 20-ci ili çini toy . 25-ci ili gümüş toy
30-cu ili mirvari toy
40-cı ili zümrüd toy
50-ci ili qızıl toy 60-cı ili brilyant toy
65-ci ili dəmir toy 70-ci ili platin toy 75-ci ili tac toy 80-ci ili palıd toy adlanır. Sizin ailə həyatınız bu ağac kimi möhkəm, müdrik və uzunömürlü oldu deməkdir.
Hamınıza palıd toy qismət olsun.