İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli yanğından 12 nəfər həyatını itirib.
Ramazan bayramı ilə bağlı bağlanan, 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən Masquerade" adlı gecə klubunda təmir işləri aparılan zaman səhnənin yanında partlayış olub.
Partlayışdan sonra gecə klubunda yanğın baş verib. Yanğın böyüdükcə klub və bina tüstü ilə dolub. Həmin vaxt klubda və binada olanlar içəridə qalıblar. Xəbər verildikdən sonra, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və sağlamlıq qrupları göndərilib. Yanğında 12 nəfər həyatını itirərkən, 7-si ağır olmaqla 13 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Mənbə: lent.az