IMG-LOGO

Unay Emeri Avropa Liqasında mütləq rekord müəyyənləşdirdi

21 May 2026 02:21 2 baxış
IMG
0 0

Aston Villa"nın baş məşqçisi Unay Emeri karyerasında beşinci dəfə Avropa Liqasının qalibi olub.

Lent.az championat.com-a istinadən xəbər verir ki, bu nailiyyət turnirin tarixində mütləq rekorddur.

Emeri bu uğura İngiltərə təmsilçisinin turnirin final matçında Almaniyanın "Frayburq" komandasına 3:0 hesabı ilə qalib gəlməsi sayəsində imza atıb.

İspaniyalı mütəxəssis bundan əvvəl üç dəfə "Sevilya" ilə (2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində), bir dəfə isə "Vilyarreal"la (2020/2021 mövsümündə) Avropa Liqasının (əvvəlki adı ilə UEFA Kuboku) kubokunu baş məşqçi kimi başı üzərinə qaldırıb.

unay emeri avropa liqası

Mənbə: lent.az

Xəbər lenti