IMG-LOGO

Avropa Liqasının qalibi bəlli olub

21 May 2026 00:52 3 baxış
IMG

UEFA Avropa Liqasında final matçı keçirilib.

"Report" xəbər verir ki, həlledici görüşdə Almaniyanın "Frayburq" komandası İngiltərənin "Aston Villa" kollektivi ilə qarşılaşıb.

Matç İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutub.

Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi gərgin oyunda "Aston Villa" "Frayburq" üzərində böyük hesablı qələbə qazanıb - 3-0.

Qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.

"Aston Villa" ilk dəfə Avropa Liqasının qalibi olub. 1982-ci ildə komanda Avropa Kubokunu və UEFA Super Kubokunu qazanıb. Birminhem klubu yeddiqat İngiltərə çempionu, yeddiqat İngiltərə Kubokunun və beşqat Liqa Kubokunun qalibidir.

"Aston Villa" gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Birminhem komandası 30 mayda Budapeştdə UEFA Super Kuboku uğrunda "Arsenal" və "PSJ" arasında keçiriləcək Çempionlar Liqası finalının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.

Mənbə: report.az

Xəbər lenti