Fransa təmsilçisi PSJ-nin hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasında İngiltərənin "Arsenal" komandasına qarşı final oyununda iştirak etməyə hazırdır.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, mayın 30-da keçiriləcək həlledici qarşılaşma öncəsi fransalı futbolçunun zədəsi ilə bağlı narahatlıq yaranmışdı.
O, Fransa çempionatının XXXIV turunda, "Paris"ə qarşı matçda (1:2) zədə şübhəsi səbəbindən 27-ci dəqiqədə əvəzlənmişdi.
Usman Dembele hazırda vəziyyətinin yaxşı olduğunu və final görüşünə hazırlaşdığını açıqlayıb. Futbolçu böyük oyunlar öncəsi zədələrlə bağlı risk etmək istəmədiyini də vurğulayıb.
Qeyd edək ki, Dembele cari mövsümdə bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
Mənbə: report.az