IMG-LOGO

Türkiyə Kubokunun final oyununu idarə edəcək hakimlər müəyyənləşib

20 May 2026 19:54 4 baxış
IMG

Futbol üzrə Türkiyə Kubokunun final oyununu idarə edəcək hakimlər müəyyənləşib.

"Report" Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, "Konyaspor" və "Trabzonspor" kollektivləri arasında keçiriləcək qarşılaşmanı Halil Umut Meler idarə edəcək.

Ona bu işdə İbrahim Çağlar Uyarcan ve Bersan Duran yardımçı olacaqlar.

"Konyaspor" - "Trabzonspor" görüşü mayın 22-də, Bakı vaxtı ilə saat 21:45 də başlayacaq.

Mənbə: report.az

Xəbər lenti