Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 142,6 min ton həcmində karbamid istehsal olunub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 27,4 % azdır.
Bu ilin mayın 1-nə 59,6 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Mənbə: report.az