IMG-LOGO

OECD təbiətyönümlü şəhərlər üçün 5 bəndlik fəaliyyət planı təqdim edib

20 May 2026 14:00 2 baxış
IMG

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) təbiət yönümlü şəhərlər üçün 5 bəndlik fəaliyyət planı təqdim edib.

"Report" xəbər verir ki, bunu OECD-nin İqtisadi Analiz, Data və Statistika Departamenti, Sahibkarlıq, Kiçik və Orta Biznes (KOB), Regionlar və Şəhərlər Mərkəzinin Coğrafi Məkan Analizi Laboratoriyasının Əlaqələndiricisi Claudia Baranzelli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

"Təklif etdiyimiz plan ilk növbədə baxış və strategiya ilə bağlıdır. Təbiətə əsaslanan həllər və təbiət yönümlü şəhərlər sonradan düşünülən bir fikir ola bilməz. Onlar şəhər səviyyəsində qəbul edilən qərar qəbulu proseslərinə mütləq daxil edilməlidir. Bu isə o deməkdir ki, layihə seçimi və dövlət satınalmaları kriteriyaları bu aspektləri nəzərə alacaq şəkildə uyğunlaşdırılmalıdır. Daha sonra, bizə mövcud kontekstə uyğunlaşdırılmış alətlər lazımdır və burada mən şəhərsalma planlaşdırılması alətlərini nəzərdə tuturam. Onlar, məsələn, torpaq, su və torpaq qatının idarə edilməsi məsələlərində mütləq inteqrasiya olunmalıdırlar. Üçüncü bənd yaşıl infrastruktur haqqındadır; onlar yenidən şəhər strukturuna inteqrasiya edilməlidir. Və maliyyə-investisiya - biz, mümkün qədər, əlbəttə ki, özəl maliyyə cəlb etməliyik. Təkbaşına dövlət sektoru hər şeyi edə bilməz. Monitorinq və qiymətləndirmə də vacibdir", - deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti