IMG-LOGO

Batumidə keçiriləcək Avropa çempionatında Azərbaycanı 12 qadın şahmatçı təmsil edəcək

20 May 2026 14:01 2 baxış
IMG

Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında keçiriləcək şəxsi Avropa çempionatında Azərbaycanın 12 təmsilçisi mübarizə aparacaq.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Turnirdə iştirak etmək üçün Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova Batumiyə yollanacaq.

Xatırladaq ki, mayın 24-də start götürəcək və iyunun 6-dək davam edəcək Avropa çempionatı 11 turdan ibarət olacaq. Yarışın ümumi mükafat fondu 60 min avrodur.

Mənbə: report.az

Xəbər lenti