IMG-LOGO

"Azəriqaz" rəhbərliyi Ağstafada qəbul keçirəcək

20 May 2026 11:45 3 baxış
IMG
1 0

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Ağstafa rayonunda keçiriləcək.

Lent.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 22 may saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.

Azəriqaz SOCAR İB Vətəndaş qəbulu Azəriqaz

Mənbə: lent.az

Xəbər lenti