IMG-LOGO

Umuhoza Netete Verite: Gənclər şəhər planlaşdırılması və qərarvermə proseslərinə real şəkildə daxil edilməlidirlər

20 May 2026 11:23 4 baxış
IMG

Gənclər şəhər planlaşdırılması, idarəetmə və qərarvermə proseslərinə real şəkildə daxil edilməlidirlər.

"Report"un məlumatına görə, bunu "Global Family Media" şirkətinin əməliyyatlar üzrə direktoru Umuhoza Netete Verite Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda beynəlxalq konfransında çıxış edərkən deyib.

O, bildirib ki, rəqəmsal platformaların yaradılması, davamlılığın təşviqi və mədəni kimliyin qorunması vacib istiqamətlərdir:

"Lakin gənclərin iştirakı sadəcə simvolik nümayəndəliklə məhdudlaşmamalıdır. Gənclər şəhər planlaşdırılması, idarəetmə və qərarvermə proseslərinə real şəkildə daxil edilməlidirlər".

Mənbə: report.az

Xəbər lenti