IMG-LOGO

Şri-Lankalı nazir WUF13-də Kolomboya düşən yükü azaltmaq üçün 10 peyk şəhərin inşası planlarından danışıb

20 May 2026 11:27 5 baxış
IMG

Şri-Lanka yaxın zamanda ölkənin paytaxtına düşən yükü azaltmaq məqsədilə 10 peyk şəhəri inkişaf etdirməyə başlamaq niyyətindədir.

"Report"un məlumatına görə, bunu Şri-Lankanın mənzil tikintisi və su təchizatı naziri Susil Ranasinqhe Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bərabərsizliyi və ya məcburi köçürülməni dərinləşdirmədən iqlimə davamlı mənzilə çıxışı genişləndirə bilərikmi?" mövzusunda panel müzakirəsində bəyan edib.

O vurğulayıb ki, şəhərsalma və strateji planlaşdırma iqlim dəyişiklikləri və təbii fəlakətlər problemləri ilə sıx bağlıdır.

"Ötən ilin noyabrında adaya zərbə vuran "Ditva" tropik siklonu buna bariz nümunədir. Fəlakət üç gün ərzində dövlətin mənzil fonduna böyük ziyan vurub: 113 000-dən çox ev zədələnib, təxminən 6 000 ev tamamilə dağılıb – bu, əsasən adanın mərkəzi hissəsinin dağlıq ərazilərində baş verib.

Bu fəlakətə cavab olaraq hökumət operativ şəkildə bir neçə mühüm təşəbbüsün həyata keçirilməsinə başlayıb. Ölkənin mərkəzi regionundakı ən həssas ərazilərin qorunmasını təmin etmək üçün Mərkəzi Yaylalar Mühafizəsi Orqanı yaradılıb. Ehtimal olunur ki, yüksək riskli zonalardan 100 000-dən çox ailənin köçürülməsi tələb olunacaq. Onların yerləşdirilməsi üçün artıq 10 peyk şəhər müəyyən edilib və onların layihələndirilməsi hazırlanma mərhələsindədir. Paytaxt Kolomboya düşən yükü azaltmaq məqsədilə yaxın gələcəkdə bu yaşayış məntəqələrinin tikintisi və inkişafına başlanılması planlaşdırılır", - nazir bildirib.

Mənbə: report.az

Xəbər lenti