IMG-LOGO

Gülşən Rzayeva: "Bakıdakı WUF13 əvvəlki forumların rekordunu qırıb"

20 May 2026 11:28 4 baxış
IMG

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) ötən gün iştirak edən özəl sektorun nümayəndələrinin sayına görə daha əvvəlki WUF-ların rekordunu qırıb.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.

Onun sözlərinə görə, ötən gün WUF13-da iştirak edənlərin 11 %-dən çoxu özəl sektorun nümayəndələri olub: "Özəl sektor istənilən şəhərdə həqiqətən çox vacib bir oyunçudur. Dünənki statistika göstərib ki, ümumi iştirakçıların - onlayn qeydiyyatdan keçənlər deyil, fiziki olaraq iştirak edənlərin 11 %-dən çoxu özəl sektorun nümayəndələridir. Bu, çox yaxşı bir rəqəm və əla göstəricidir. Biz əvvəlki WUF-ların rekordunu qırdıq. Əgər milli hökumətlərin təmsilçiliyi 16 %-dirsə, ardınca bütün universitetlərin tədqiqatlarını gətirən akademiya gəlir və onlardan sonra 11 % həqiqətən böyük rəqəmdir".

O bildirib ki, şəhərlərin necə planlaşdırılması olduqca mühüm məsələdir: "Buna görə də şəhərsalma, şəhərlərin necə layihələndirilməsi və formalaşdırılması bizim üçün çox vacibdir. Şəhərin necə layihələndirilməsi və planlaşdırılması birbaşa insanların qavrayışına və onların həyat keyfiyyətinin yüksək, ya da azı yaxşı səviyyədə olmasına təsir edir".

Mənbə: report.az

Xəbər lenti