IMG-LOGO

İtalyanların uzunömürlülük sirri

20 May 2026 10:50 4 baxış
IMG
0 0

Keyfiyyətli zeytun yağının müntəzəm istifadəsi yüksək antioksidant tərkibi sayəsində ürəyi və damarları qocalmadan qoruyur. İtalyan mətbəxini zeytun yağı olmadan təsəvvür etmək mümkün deyil və məlum olur ki, məhz bu kulinariya vərdişi onların sağlamlığının əsas sütunlarından biridir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tez yorucu olan sərt dietlərdən fərqli olaraq, zeytun yağı istifadə etmək asan və təbii bir vərdişdir. Bunu Apenin yarımadasının sakinləri bunu onilliklər boyu davam etdirirlər.

“Maye qızıl”ın gücü nədədir?

Məhsulun əsas dəyəri onun kimyəvi tərkibindədir. Zeytun yağı polifenollar və monodoymamış yağ turşuları ilə zəngindir. Bu komponentlər orqanizm üçün qoruyucu rol oynayır:

Ürəyin qorunması: müntəzəm istifadə ürək-damar xəstəlikləri riskini azaldır.

Qocalmaya qarşı təsir: antioksidantlar oksidləşdirici stressi azaldır və hüceyrələrin zədələnməsini ləngidir.

İltihabəleyhinə təsir: tərkibindəki maddələr gizli iltihabların qarşısını almağa kömək edir. Fayda əldə etmək üçün yağı litrlərlə istifadə etməyə ehtiyac yoxdur. Araşdırmalar göstərir ki, gündə cəmi bir qaşıq kifayətdir. Əsas məsələ davamlılıqdır. Şorbaya bir neçə damcı, salata əlavə və ya çörəyin üzərinə sürtmək belə gündəlik təkrarlandıqda fayda verir.

Uzun müddət yağların fiqur üçün zərərli olduğu düşünülürdü, lakin zeytun yağı bu fikri təkzib edir. O, mədənin boşalmasını ləngidir və toxluq hissini daha uzun müddət saxlayır. Bu da tez-tez qəlyanaltı etmək istəyini azaldır və əlavə kalori hesablamadan sağlam çəkini qorumağa kömək edir. Real fayda yalnız yüksək keyfiyyətli məhsuldan gəlir.

Soyuq sıxım (Extra Virgin) zeytun yağı seçmək tövsiyə olunur, çünki rafinə olunmuş variantlarda faydalı maddələr demək olar ki, qalmır. Təzəlik, keyfiyyət və müntəzəmlik məhz bu üç amil italyanların uzunömürlülüyünün əsasını təşkil edir.

Maraq zeytun zeytun yağı sağlam həyat tərzi

Mənbə: lent.az

Xəbər lenti