IMG-LOGO

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 3 %-ə yaxın artıb

20 May 2026 10:41 3 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 14 milyard 287,2 milyon kubmetr qaz nəql edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 2,8 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 52,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 7 milyard 539,3 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2,9 % çoxdur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Mənbə: report.az

Xəbər lenti