Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpini 2027-ci ildə Rusiyaya səfərə dəvət edib.
"Report"un məlumatına görə, Rusiya lideri belə təşəbbüslə Çin Sədri ilə danışıqlar zamanı çıxış edib.
"Əlbəttə sizi, əziz dostum, Rusiya Federasiyasına səfərə dəvət edirik", - Putin deyib.
Qeyd edək ki, Putin Çində Si Cinpinlə görüşüb.
Mənbə: report.az