Böyük Britaniyanın ABŞ-dəki səfirinin müavini Ceyms Rosko qəfil vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Vaşinqtondakı ikinci ranqlı diplomatın işdən çıxarılması Böyük Britaniya Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilən məxfi məlumatların sızması ilə bağlı istintaqla əlaqəli ola bilər.
Qeyd olunur ki, Britaniya nazirlərinin İrana qarşı müharibə ilə bağlı açıqlamaları son həftələr mediada yer alıb.
"The Times" həmçinin istefa qərarının səfirlik işçiləri üçün gözlənilməz olduğunu bildirib. İşdən çıxarılma bildirişi qərarın səbəbləri göstərilmədən 19 mayda elektron poçt vasitəsilə göndərilib.
Mənbə: report.az