"Arsenal" komandası 2003/2004 mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
"Report" xəbər verir ki, "topçular"ın mövsümü qızıl medallarla başa vurması XXXVII turun son oyununda, "Bornmut" və "Mançester Siti" arasında 1:1 hesablı heç-heçədən sonra məlum olub.
"Arsenal" 82 xal toplayaraq, turnir cədvəlində birinci yerdə qərarlaşıb. "Mançester Siti" 78 xalla ikinci yerdədir.
Premyer Liqada mövsümün başa çatmasçna 1 tur qalıb.
Qeyd edək ki, "Arsenal" 2003/2004 mövsümündə məğlubiyyətsiz çempion olub.
London komandası İngiltərə çempionatını 14-cü dəfə qazanıb. Komanda bu göstəriciyə görə "Mançester Yunayted" və "Liverpul"dan sonra ikinci yerdədir. Adıçəkilən klubların hər birinin 20 titulu var.
Mənbə: report.az