IMG-LOGO

Azərbaycan ilə Suriya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

19 May 2026 22:03 3 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində Suriyanın təhsil naziri Mohammad Turko, ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşüb.

"Report" xəbər verir ki, E.Əmrullayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Görüş zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, akademik əlaqələrin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə paylaşımının əhəmiyyətinə toxunulub.

Mənbə: report.az

Xəbər lenti