Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində YUNESKO-nun Baş direktorunun yeni təyin olunmuş təhsil üzrə müavini Qun Şen ilə görüşüb.
"Report" xəbər verir ki, E. Əmrullayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Görüş zamanı təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qlobal təşəbbüslərdə birgə iştirak və innovativ yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi apardıq", - o bildirib.
Mənbə: report.az