IMG-LOGO

Ombretta Tempra: "Bina enerji kodlarının tətbiqi dekarbonizasiyanı sürətləndirir"

19 May 2026 18:43 5 baxış
IMG

85 ölkədə bina enerji kodlarının tətbiqi dekarbonizasiya prosesini sürətləndirir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Torpaq, Mənzil və Sığınacaq Bölməsinin rəhbəri və mənzil təminatı üzrə aparıcı mütəxəssisi Ombretta Tempra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də bildirib.

Onun sözlərinə görə, bir sıra çətinliklər olsa da, əslində eyni dərəcədə yeni yaranan imkanlar və həllər də mövcuddur: "Açıq İşçi Qrupu vasitəsilə bunları bölüşə, sosiallaşdıra və hamımız, uyğun olduğu təqdirdə, müvafiq kontekstimizdə tətbiq etməyi düşünə bilərik. Həyat dövrünün qiymətləndirilməsi metodologiyaları və yaşıl bina sertifikatlaşdırma sxemləri kimi davamlılıq çərçivələri genişlənir. Baxmayaraq ki, onlarda çox vaxt enerji səmərəliliyindən kənara çıxan davamlılığın bütöv anlayışı çatışmır. Tikinti və inşaat sektorunun dekarbonizasiyası irəliləyir, 85 ölkə bina enerji kodları qəbul edib və bir çox ölkələrdə enerji səmərəliliyi üzrə yenidənqurma işləri genişləndirilir. Mənzil fondunun iqlimə davamlılığını gücləndirmək tədbirləri də genişlənir və dairəvi (dönərli) tikinti getdikcə tanınır. Bununla belə, bu səylər iqlim təsirlərinin yumşaldılması və uyğunlaşma üzrə beynəlxof hədəflərdən geri qalır. Bir neçə hökumət xüsusi olaraq əlçatan mənzil təminatını hədəfləyən ekoloji standartlar tətbiq edib. Qeyri-rəsmi yaşayış məskənləri üçün iqlimə davamlılıq, ekoloji bərpa və gender həssaslığı perspektivlərini birləşdirən inteqrasiya olunmuş təkmilləşdirmə yanaşmaları ortaya çıxır. İnnovativ təşəbbüslər həmçinin tədrici və özünü-tikmə, özünü-tikmə proseslərində yaşıl və davamlı təcrübələri dəstəkləyir"ş

Mənbə: report.az

Xəbər lenti