IMG-LOGO

UN-Habitat: Şəhərlər hazırki iqlim münaqişələrinin ön xəttindədir

19 May 2026 17:54 3 baxış
IMG

Şəhərlər hazırki iqlim münaqişələrinin ön xəttindədir və əldə olan mövcud texnologiyalardan maksimum istifadə edilməlidir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlər üçün Süni İntellekt - Şəhər Planlaşdırması və Ağıllı, Davamlı İcmaların Qurulması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, başqa seçim yoxdur: "Əlimizdə olanın insanlar üçün işlədiyinə əmin olmalıyıq. İnsanlar getdikcə daha çox şəhərlərdə yaşayır və bir çox cəhətdən əziyyət çəkir. Demək istəyirəm ki, rəqəmsal alətlər və "ağıllı şəhər"lər ətrafında aparılan iş strateji planımızla olduqca uyğundur. Biz bir iş toplusu inkişaf etdirmişik və üzv dövlətlərlə işləmişik, indi isə BMT sistemi daxilində işləyirik. BTİ ilə ağıllı şəhərlər və şəhərlərdə texnologiya ideyası ətrafında işləyirik. İşimizlə bağlı ən vacib məsələ odur ki, ağıllı şəhərlər həqiqətən insan mərkəzli olmalı və insan hüquqlarını, inklüzivliyi və bərabərliyi mərkəzə qoymalıdır. Bu, işimizin və rəhbərliyimizin əsas aspektidir. Bir çox praktiki nümunə və illüstrasiya var.

Qonaq əlavə edib ki, urbanizasiya problemlərindən biri də qlobal mənzil böhranıdır: "Biz evlər tikməliyik. Şəhərlərimizdə tikilən bir çox ev hamı üçün işləmir. Bir milyard insan qeyri-rəsmi yaşayış yerlərində yaşayır, evsizdir. Bütün bunlar şəhərlərdə yaşayan insanların həyatına əlavə pozğunluq gətirən iqlim dəyişikliyi şəraitində baş verir. İki gün əvvəl burada gördüyümüz kimi, gözlənilməz bir ssenari bizdən davamlı olmağı və sürətlə reaksiya verməyi tələb etdi".

Mənbə: report.az

Xəbər lenti