"Barselona" Robert Levandovski ilə müqaviləni yeniləməmək qərarına gəlib. Polşalı futbolçunun Kataloniya klubu üçün son ev oyunu La Liqanın 37-ci turunda "Betis" üzərində qələbə ilə başa çatıb. Final fitindən sonra Levandovski üçün vida mərasimi keçirilib və o, xoş nitq söyləyib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, polşalı uzun müddət “Kamp Nou”dan çıxa bilməyib. Robert dostları və ailəsi ilə stadionda bir neçə saat gəzib.
Hücumçu mahnı oxuyub, rəqs edib, yüzlərlə şəkil çəkdirib və arenadakı son anlarından həzz alıb. O, hətta klubun hər bir işçisi ilə şəkil çəkdirmək istəyib.
Levandovski stadionu saat 00:08-də tərk edib. Robertin boş “Kamp Nou”dakı şəkli Andres İnyestanın məşhur şəkli ilə müqayisə olunur.
İdman xəbərləri




Mənbə: lent.az