IMG-LOGO

Pərviz Şahbazov: "Azərbaycan gələn il 12 günəş və külək elektrik stansiyasını istifadəyə verəcək"

19 May 2026 16:04 4 baxış
IMG

Sürətlə davam edən şəhərləşmə prosesi, enerji təhlükəsizliyi çağırışları və iqlim dəyişikliyi şəraitində yaşıl və ağıllı şəhərlər artıq sadəcə inkişaf konsepsiyaları deyil, eyni zamanda qlobal enerji transformasiyasının başlıca hərəkətverici amillərindən birinə çevrilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda deyib.

Nazirin sözlərinə görə, Azərbaycan "yaşıl enerji" məsələlərini strateji əhəmiyyətli prioritet istiqamət kimi qarşıya qoyub: "Biz böyük həcmli bərpa olunan enerji mənbələri və transsərhəd enerji dəhlizi layihələrini reallaşdırır, "yaşıl enerji" zonalarını genişləndirir, enerji səmərəliliyini yüksəldir və elektrik şəbəkəsinin modernləşdirilməsini aparırıq. Növbəti il ümumi gücü 2 giqavata çatan 12 günəş və külək enerjisi stansiyası fəaliyyətə başlayacaq ki, bu da hər il təqribən 2,4 milyon ton istixana qazı emissiyasının azaldılmasına imkan verəcək".

Mənbə: report.az

Xəbər lenti