IMG-LOGO

Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"

19 May 2026 14:52 3 baxış
IMG

İqtisadi canlanma işğaldan azad olunmuş ərazilərin bərpa prosesinin vacib tərkib hissəsidir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə bildirib.

O qeyd edib ki, Ağdam və Cəbrayılda ümumi sahəsi 400 hektar olan iki sənaye parkı artıq yaradılıb: "Bu gün bu zonalarda 50-dən çox rezident şirkət fəaliyyət göstərir və yaxud layihələr həyata keçirir, ümumi investisiya 282 milyon dolları keçib. İşğaldan azad edilmiş ərazilərdə yerli iqtisadiyyat hazırda tikinti materialları, istehsal, qida məhsulları, logistika, turizm, pərakəndə satış və kommersiya inkişafına yönəlib, eyni zamanda minlərlə yeni məşğulluq imkanı yaradır".

A.Quliyevin sözlərinə görə, mədəni irsin bərpası yenidənqurma gündəliyinin mühüm hissəsidir: "İşğaldan azad olunmuş ərazilərdə 750-dən çox tarixi və mədəni abidə yerləşir ki, onların bir çoxu son onilliklərdə ciddi zərər görüb. Bu günə qədər 20-dən çox abidə artıq bərpa edilib, yeni memorial komplekslər, muzeylər və mədəniyyət müəssisələri isə hazırda layihələndirilir və hazırlanır. Eyni zamanda, dəmir yolu və nəqliyyat qovşağı kimi strateji infrastruktur layihələri regional əlaqəliliyi gücləndirir, gələcək iqtisadi fəaliyyəti dəstəkləyir. Yeni Muğam Mərkəzi Qarabağ bölgəsi ilə çox dərindən bağlı olan Azərbaycan milli musiqi janrına həsr olunub. 960 şagird üçün nəzərdə tutulmuş orta məktəb şəhərin gənc nəslinə keyfiyyətli təhsil vermək üçün ərazidə fəaliyyət göstərir. Yeni motellər bölgə daxilində turizm və biznes fəaliyyətinin inkişafına töhfə verir. Tarixi abidə olan 18-ci əsr Əmirlik kompleksi daha geniş mədəni qorunma səylərinin bir hissəsi olaraq diqqətlə bərpa edilib".

Mənbə: report.az

Xəbər lenti