IMG-LOGO

Araz Məmmədzadə: "Qarabağ və Şərqi Zəngəzur gələcəyin enerji modeli üçün "canlı laboratoriya"ya çevrilir"

19 May 2026 14:57 3 baxış
IMG

Qarabağ və Şərqi Zəngəzur gələcəyin enerji modeli üçün "canlı laboratoriya"ya çevrilir.

"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin sədr müavininin müşaviri Araz Məmmədzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası(WUF13 ) çərçivəsində keçirilən "Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası" tədbirində deyib.

O bildirib ki, hər bir müasir və rahat şəhərin arxasında davamlı, səssiz və məsuliyyətlə işləyən enerji sistemi dayanır: "Bu gün paylayıcı şəbəkə yalnız elektrik enerjisini çatdırmır. Biz smart texnologiyalar və bərpa olunan enerjinin inteqrasiyası vasitəsilə gələcəyin şəhərlərinin görünməz onurğasını yaradırıq. Elektrikli nəqliyyat vasitələrinin şarj infrastrukturu ilə biz paylayıcı şəbəkəni daha etibarlı, səmərəli və gələcəyə hazır sistemə çeviririk".

A.Məmmədzadə qeyd edib ki, bu transformasiyada Qarabağ və Şərqi Zəngəzur xüsusi yer tutur: "Bu regionlar enerji modelinin gələcəyi üçün "canlı laboratoriya"ya çevrilir. Burada "ağıllı kənd" , yaşıl enerji zonaları, rəqəmsal idarəetmə mərkəzləri, bərpa olunan enerji mənbələri və müasir infrastruktur ailələrin təhlükəsiz, rahat və dayanıqlı evlərinə qayıdışını dəstəkləmək üçün bir araya gəlir. Missiyamız çox aydındır: hər bir evə və hər bir küçəyə etibarlılıq çatdırmaq. WUF13-dəki mesajımız sadə, lakin güclüdür. Dayanıqlı urbanizasiya fasiləsiz və intellektual enerji infrastrukturu ilə başlayır".

Mənbə: report.az

Xəbər lenti