IMG-LOGO

AK nümayəndəsi: 30 il sonra kənd təsərrüfatında insan əməyinə indikindən daha az ehtiyac olacaq

19 May 2026 13:01 4 baxış
IMG

30 il sonra kənd təsərrüfatı sahəsində insan əməyinə indikindən daha az ehtiyac olacaq.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Birgə Tədqiqat Mərkəzinin nümayəndəsi Levis Dijkstra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?" adlı müzakirədən sonrakı sual-cavab hissəsində deyib.

"Hesab edirik ki, 30 il sonra kənd təsərrüfatı sahəsində insan əməyinə indikindən daha az ehtiyac olacaq. Bu, artıq reallqdır", - o qeyd edib.

Mütəxəssis bildirib ki, müasir şəhərlər zaman axınına və bu axından yaranan dəyişikliyə davamlıdır:

"Lakin bu, kəndlərdə belə deyil. Bu mənada düşünürəm ki, məsələn, dövrümüzün ən aktual mövzularından birinə çevrilən süni intellekt də şəhərlər üçün daha əlverişli olacaq".

Mənbə: report.az

Xəbər lenti