IMG-LOGO

UN-Habitat: Braziliyada cəmiyyətə yönəlmiş layihə həyata keçirilir

19 May 2026 13:02 5 baxış
IMG

Braziliyada Rio-de-Janeyro ştatı hökuməti ilə birlikdə cəmiyyətə yönəlmiş layihə həyata keçirilir, o Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin prinsipləri əsasında hazırlanıb.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitatın) Braziliya üzrə rəhbəri Rayne Ferretti Moraes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Körpülər əməkdaşlıq üçün: Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında - Şəhərlərin səsləri"adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, layihəni yerli hökumət maliyyələşdirir və UN-Habitat ilə tərəfdaşlıq çərçivəsində icra olunur: "Layihə 3 əsas istiqamət üzrə təşkil edilib. Birinci istiqamət "Məlumatlı Rio" adlanır. Burada əsas diqqət məlumatların toplanması, təhlili, göstəricilərin hazırlanması və hesabatların tərtibinə yönəlib. İkinci istiqamət "Dayanıqlı və Davamlı Rio" adlanır və burada 2030 Gündəliyi, iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı fəaliyyətlər həyata keçirilir. Üçüncü istiqamət isə cəmiyyətə yönəlib. Bu çərçivədə gənclər, qadınlar, qızlar və icma nümayəndələri ilə iş aparılır. Layihə Rio-de-Janeyro ştatının 92 bələdiyyəsini əhatə edir".

R.F.Moraes əlavə edib ki, "Məlumatlı Rio" istiqaməti çərçivəsində UN-Habitat-ın Nayrobidə yerləşən qərargahının qlobal göstərici və məlumat bazası əsasında şəhər monitorinq çərçivəsi hazırlanıb: "Braziliyada Rio ştatının qubernatoru ilə birlikdə UN-Habitat və Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər təşkilatının hazırladığı metodologiyanın portuqal dilində təlimat versiyası da təqdim olunub. Hazırda biz Koleste adlı regionda yerləşən 17 bələdiyyə və bütövlükdə Rio-de-Janeyro ştatı üçün Könüllü Yerli İcmallar hazırlayırıq", – deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti