Təbiətə əsaslanan həllərə ikinci dərəcəli və yaxud sırf ekoloji bir müdaxilə kimi baxılmamalıdır.
"Report" xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin Peşəkarlarla Əlaqələr Bölməsinin rəhbəri İlyas Essabai Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası" tədbirində bildirib.
Onun sözlərinə görə, bu gün onlar şəhərlərin qurulması, daha dözümlü şəhərlər və daha dayanıqlı şəhərlər üçün strateji bir rıçaq rolunu oynayır: "Öz layihələrimizin hazırlanmasını təkmilləşdirməyə kömək etmək üçün müvafiq hesabatdakı bəzi nümunə araşdırmalarından ilham almağa çalışmaq məqsədilə onu nəzərdən keçirəcəyik".
Mənbə: report.az