IMG-LOGO

Umayra Tağıyeva: Azərbaycan iqlim dəyişikliyi üzrə Xüsusi Hesabat qərarının hazırlanmasında fəal iştirak edib

19 May 2026 11:54 3 baxış
IMG

Azərbaycan İqlim Dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabatla bağlı qərarın hazırlanması prosesində aparılan danışıqlarda fəal iştirak edib.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

O qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) Yeddinci Qiymətləndirmə Hesabatı üzərində işlər davam edir və hesabatın 2029-cu ilin sonlarına doğru təqdim olunacağı gözlənilir:

"Azərbaycan İqlim Dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabatla bağlı qərarın hazırlanması prosesində aparılan danışıqlarda fəal iştirak edib. WUF13 çərçivəsində keçirilən tədbir həmçinin iştirakçıların bütün baxışlarını nəzərə almaqla həmin hesabat üzrə davam edən müzakirələrin dəstəklənməsi üçün mühüm platformadır".

Mənbə: report.az

Xəbər lenti