IMG-LOGO

WUF13 iştirakçısı: "Yaxın 25 ildə dünyada şəhər əhalinin sayı təxminən iki milyard nəfər artacaq"

19 May 2026 11:00 3 baxış
IMG

Yaxın 25 ildə dünyada şəhər əhalinin sayı təxminən iki milyard nəfər artacaq və bu, əsasən Afrika və Cənubi Asiya ölkələrində baş verəcək.

"Report" xəbər verir ki, bunu Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saçs Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, mənzil təminatı şəhər dəyişikliyinin mürəkkəbliyinin bir hissəsidir: "Şəhər iqtisadiyyatı isə qlobal struktur dəyişikliyinin tərkib hissəsidir. Gələcəkdə demoqrafiya tamamilə fərqli olacaq. Dünyanın böyük bir hissəsi artıq şəhər əhalisinin pik həddinə çatıb. Belə olan təqdirdə sual şəhər əhalisinin sayının artırılması deyil, mənzil şəraitinin yaxşılaşdırılması, gecəqondu sahələrinin ləğv edilməsi və sair olacaq".

Qonaq əlavə edib ki, buna görə də əhalinin kütləvi şəkildə artacağı, nəhəng şəhərlərin yaranacağı yerlərlə şəhər əhalisinin sabit qaldığı və yaxud hətta azaldığı yerlər arasında mütləq fərq qoyulmalıdır: "Afrikanın əhalisi hazırkı təxminən 1,4 milyard nəfərdən bu əsrin ortalarına qədər 2,5 milyard nəfərə yüksələcək. Odur ki, bu kontekstdə mənzil məsələsinə baxmalıyıq".

Mənbə: report.az

Xəbər lenti