IMG-LOGO

AZAL Naxçıvana uçuşları bərpa etdi - YENİLƏNİB

19 May 2026 10:08 3 baxış
IMG
33 1

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.

Lent.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

*** 18 may, saat: 21:28

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın bu istiqamət üzrə həyata keçirdiyi reyslər ləğv olunub. Lent.az xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşlar cədvələ uyğun şəkildə bərpa ediləcək.

Aviaşirkətdən qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.

azal naxçıvan

Mənbə: lent.az

Xəbər lenti