IMG-LOGO

Əfsanəvi boksçunun 16 yaşlı qızının dəbdəbəli toyu keçirildi

19 May 2026 09:23 3 baxış
IMG
42 0

Əfsanəvi britaniyalı boksçu Tayson Fyurinin 16 yaşlı qızı Venesuela Fyuri rəsmi olaraq 18 yaşlı boksçu Noah Praysla evlənib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Venesuela toy mərasiminə valideynləri Tayson və Paris Fyurinin müşayiəti ilə vintaj Bentley avtomobilində gəlib.

Gəlin 15 metrlik möhtəşəm bir don seçib, lakin onu ən çox təəccübləndirən ayaqqabıları olub – klassik ayaqqabı əvəzinə ağ crocs.

Venesuela şənlik zamanı bir neçə fərqli görünüşdə olub. Britaniyalı müğənni Peter Andre qonaqları əyləndirib.

Ailə qonaqları az qala tavana çatan altı mərtəbəli torta qarşılayıb.

Gəlin atası ilə The Temptations qrupunun "My Guy" və "My Girl" hit mahnılarının sədaları altında rəqs etməsi xüsusi diqqət çəkib.

Netflix çəkiliş qrupları da şənlikdə iştirak ediblər; görüntülər, ehtimal ki, "At Home With The Fury" realiti şousunda nümayiş olunacaq.

 

Tayson Fyuri əfsanəvi boksçu 16 yaşlı qızı Venesuela Fyuri

Xəbər lenti