IMG-LOGO

Havay sahillərində neft məhsullarının dağılması qeydə alınıb

19 May 2026 08:54 4 baxış
IMG

Havay ştatının paytaxtı - Honoluludakı Ala Vay limanının akvatoriyasında neft məhsullarının dağılması qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsindən bildirilib.

Təqdim edilən məlumatlara görə, çirklənmənin nəticələrinin aradan qaldırılması ilə Sahil Mühafizəsi ilə yanaşı, bir neçə dövlət qurumu, eləcə də bu cür ekoloji insidentlərlə mübarizə təcrübəsi olan özəl təşkilat məşğul olur. Hadisə zonasında dizel yanacağı müəyyən edilib.

"Hazırkı vaxta qədər briqadalar çirklənmənin lokallaşdırılması və dizel yanacağının toplanması üçün 23 kisə hopdurucu materialdan istifadə ediblər. Dağılmanın miqyası və mənşəyi hələ də müəyyən edilməyib, istintaq tədbirləri həyata keçirilir", - rəsmi açıqlamada deyilir.

Bildirilib ki, hazırda xəsarət alan insanlar və ya təbiətə dəyən zərər barədə məlumat qeydə alınmayıb.

Xəbər lenti