IMG-LOGO

Vanuatu sahillərində güclü zəlzələ baş verib

19 May 2026 07:33 4 baxış
IMG

Sakit okeanda, Vanuatu Respublikası sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 35 mindən çox insanın yaşadığı ölkənin paytaxtı - Port-Vila şəhərindən 49 km cənubda yerləşib.

Zəlzələnin ocağı 37 km dərinlikdə olub.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti