Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının (İPL) 37-ci turunun matçında eyniadlı şəhərin "Bernli" komandasını məğlub edib.
"Report" xəbər verir ki, Londondakı "Emireyts" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.
Yeganə qolu 37-ci dəqiqədə Kay Haverts vurub.
"Arsenal" İngiltərə çempionatında birinci yeri tutur. "Topçular"ın aktivində 82 xal var. Finişə bir tur qalmış "Mançester Siti"dən fərq beş xal təşkil edir, lakin "şəhərlilər"in ehtiyatda bir oyunu var.
"Bernli" 21 xalla turnir cədvəlində 19-cu yerdə qərarlaşıb, komanda artıq İPL-də qalmaq şansını itirib.