IMG-LOGO

Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub

18 May 2026 20:59 2 baxış
IMG

Futzal üzrə Azərbaycan Yüksək Liqasında qızıl medalların sahibi müəyyənləşib.

"Report" xəbər verir ki, XX turun və mövsümün bağlanış matçında "Neftçi" İdman Klubunu 5:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" 2025/2026 mövsümünün qalibi olub.

Bununla da "Araz-Naxçıvan" turnir cədvəlini 52 xalla lider tamamlayaraq Yüksək Liqanı qalib kimi başa vurub. Eyni xala malik "Neftçi" İK isə əlavə göstəricilərə görə mövsümü Naxçıvan kollektivinin ardından ikinci bitirib.

Daha əvvəl "Baku Fire" çempionatın bürünc mükafatına sahib çıxıb.

Qeyd edək ki, bu, "Araz-Naxçıvan"ın Yüksək Liqada 20-ci çempionluğu olub.

Xəbər lenti