IMG-LOGO

Azərbaycanda ilk: Özəl sektorda Radioterapiya və Nüvə Təbabətini birləşdirən müasir Onkoloji Mərkəz açılır!

18 May 2026 20:06 3 baxış
IMG
0 0

20.000.000 AZN həcmində strateji investisiya ilə Azərbaycanda ilk özəl Radyoterapiya və Nüvə Təbabəti Onkoloji Mərkəzinin yaradılması istiqamətində mühüm addım atılıb.

Liv Bona Dea Hospital ilə Elekta arasında əməkdaşlıq çərçivəsində müqavilə İsveçin Stokholm şəhərində imzalanıb. Bu əməkdaşlıq Azərbaycan səhiyyəsində onkologiya sahəsinin yeni mərhələyə keçməsi və beynəlxalq standartlara inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Yeni yaradılacaq mərkəzdə regionda ilk dəfə ən yüksək texnologiyalı radyoterapiya cihazları ilə müasir müalicə imkanları təqdim olunacaq. Bundan başqa, PET-CT diaqnostika sistemi, yeni nəsil sintiqrafiya texnologiyaları və radyonüklid terapiya imkanları tətbiq ediləcək. Həmçinin yod və qallium əsaslı radioaktiv maddələrin köməyi ilə həm erkən diaqnostika, həm də hədəfəyönümlü müalicə prosesləri həyata keçiriləcək. 

Mərkəzdə həm yerli, həm də xarici pasiyentlər üçün yüksək texnologiyalı onkoloji xidmətlər göstəriləcək və bütün müalicə prosesi beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcək. Multidisiplinar komanda yanaşması ilə onkoloji xəstələr üçün daha kompleks və effektiv müalicə modeli formalaşdırılacaq.

Bu investisiya Azərbaycanın regionda sağlamlıq turizmi sahəsində mühüm mərkəzlərdən birinə çevrilməsinə də töhfə verəcək və ölkənin səhiyyə sistemində qabaqcıl texnologiyaların tətbiqini daha da gücləndirəcək.

onkologiya

Xəbər lenti