IMG-LOGO

Perunun Keniyadakı səfiri: "Yeni şəhər gündəliyi iyulda Nyu-Yorkda qəbul ediləcək"

18 May 2026 17:27 2 baxış
IMG

İyulda Nyu-Yorkda yeni şəhər gündəliyi qəbul ediləcək.

"Report" xəbər verir ki, bunu Perunun Keniyadakı səfiri Romi Tinkopa Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinin mənzil tikintisi və şəhərsalma məsələləri üzrə nazirləri və yüksək vəzifəli şəxslərinin forumunda (MINURVI) bildirib.

Onun sözlərinə görə, MINURVI çox əhəmiyyətlidir, çünki region ölkələri bu forum vasitəsilə qarşıdan gələn danışıqlar ərəfəsində öz töhfələrini verə və mövqelərini əlaqələndirə bilərlər.

"Yeni şəhər gündəliyi gələcək onilliklər üçün şəhərlərin inkişaf istiqamətini müəyyən edəcək və bütün dünyada milyonlarla insan üçün bərabərsizliklə mübarizədə, əlçatan mənzil və dayanıqlı şəhər inkişafının təmin edilməsində əsas vasitə olacaq. Məhz buna görə də bu danışıqlarda Latın Amerikası və Karib hövzəsi ölkələrinin səsinin eşidilməsi belə vacibdir", - R. Tinkopa bildirib.

Xəbər lenti