IMG-LOGO

"Barselona" Hans-Diter Flikin müqaviləsinin müddətinin 2028-ci ilədək uzadıldığını açıqlayıb

18 May 2026 16:54 4 baxış
IMG

İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Flikin müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

61 yaşlı almaniyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Hans-Diter Flik 2024-cü ildən "Barselona"da işləyir. O, komanda ilə iki dəfə La Liqanın, bir dəfə ölkə kubokunun, iki dəfə Superkubokun qalibi olub.

Xəbər lenti