IMG-LOGO

ÜST: 11 nəfər hantavirusa yoluxub

18 May 2026 15:59 3 baxış
IMG
1 0

İndiyədək 11 hantavirusa yoluxma halı qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" hesabında paylaşım edib.

O bildirib ki, “Hondius” gəmisi Niderlanda təhlükəsiz şəkildə çatıb. Gəmini Kanar adalarından Niderlanda gətirən ekipaj üzvləri artıq 42 günlük karantin dövrünə başlayacaqlar. Bundan əlavə, gəmidə tam təmizləmə və dezinfeksiya işləri aparılacaq.

11 yoluxma halından 9-u təsdiqlənmiş, 2-si isə ehtimal olunan yoluxma hesab edilir.

Qeyd edək ki, virus səbəbindən üç nəfər həyatını itirib.

hantavirus

Xəbər lenti