IMG-LOGO

ADY: Bakı-Qəbələ-Bakı qatarının hərəkəti ikitərəfli qaydada təşkil olunacaq

18 May 2026 15:42 4 baxış
IMG

Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər 6 iyundan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, həmin günlərdə qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.

Sərnişinlər səfər biletini ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından ala bilər.

Xatırladaq ki, Bakıdan Qəbələyə gedən reys hər gün səhər saat 07:30-da yola düşür və saat 11:02-də Qəbələyə çatır. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edir və saat 22:27-də paytaxta çatır.

Xəbər lenti