IMG-LOGO

Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib

18 May 2026 15:54 4 baxış
IMG

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) yüksək səviyyədə təşkil edib.

"Report"un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze WUF13 çərçivəsində Liderlər Sammitində bəyan edib.

"Göstərdiyi qonaqpərvərliyə və WUF 13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasına minnətdarlığımı bildirmək istərdim", - Baş nazir qeyd edib.

Onun sözlərinə görə, forum təcrübə mübadiləsinin aparılması, təhlükəsiz və inklüziv cəmiyyətlərin ümumi baxışının təşviq edilməsi üçün çox mühüm platformadır.

"Bu gün şəhərlər iqlim dayanıqlığı və mənzil təhlükəsizliyindən dayanıqlı inkişaf və sosial birliyə qədər demək olar ki, bütün əsas qlobal çağırışların mərkəzindədir. "Cəmiyyətlərimizin sabitliyi, rifahı və dayanıqlığı şəhər məkanlarını necə planlaşdırmağımızdan, inkişaf etdirməyimizdən və qorumağımızdan asılıdır", - Kobaxidze qeyd edib.

Xəbər lenti