IMG-LOGO

Zəngilandakı iki KSES-də istehsal edilmiş enerjinin həcmi açıqlanıb

18 May 2026 15:57 4 baxış
IMG

Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" Kiçik Su Elektrik Stansiyasında (KSES) 45,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə "Report"a Energetika nazirliyindən məlumat verilib.

Bundan başqa, istismara verildiyi dövrdən may ayına qədər "Şayıflı" KSES-də isə 48,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Xatırladaq ki, 2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş ümumi gücü 10,5 MVt olan "Zəngilan" KSES və ümumi gücü 10,5 MVt olan "Şayıflı" KSES istismara verilib.

Xəbər lenti