IMG-LOGO

"Real" "Mançester Yunayted"in 15 yaşlı futbolçusu Qabrieli heyətinə qatmağı planlaşdırır

18 May 2026 13:27 3 baxış
IMG

İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in 15 yaşlı futbolçusu Cey-Cey Qabrieli heyətinə qatmağı planlaşdırır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu hücumçunun ailəsini və "qırmızı şeytanlar"ın rəhbərliyini razı salmaq üçün əhəmiyyətli maliyyə təzminatı və idman layihəsi təklif etməlidir.

Danışıqlar növbəti yay əsas transfer mövzularından birinə çevriləcək.

Xatırladaq ki, Cey-Cey Qabriel cari mövsüm U-18 Liqasında 23 qola imza atıb. O, mövsümün əvvəlində əsas komanda ilə məşq etmək imkanı qazanıb.

Xəbər lenti