IMG-LOGO

UN-Habitat rəsmisi "Hər kəsin evi öz qibləsidir" ifadəsini Azərbaycan dilində səsləndirib

18 May 2026 13:42 4 baxış
IMG

Azərbaycan böyük tədbirin evsahibi olaraq başa düşür ki, evin olması əsl dəyərdir, bu çox mühüm bir məhfumdur.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında deyib.

O "Hər kəsin evi öz qibləsidir" ifadəsini Azərbaycan dilində səsləndirərək bunun əsrlər boyu belə olduğunu vurğulayıb:

"Özünü evdə hiss etmək olduqca vacibdir. Texnologiya bizim cəmiyyətimizi dəyişir. Məhz belə məqamda nəzərə almaq lazımdır ki, gələcək o gələcəyi quranlara məxsusdur".

N.K.Minq çıxışının sonunda "Dama-dama göl olar, axa-axa sel" deyimini də xatırladaraq iştirakçıları WUF13 çərçivəsində keçirilən tədbirlərdən faydalanmağa çağırıb.

Xəbər lenti