"Real"da tənqid hədəfi olan Kilian Mbappenin Florentino Peres tərəfindən 250 milyon avroya transfer siyahısına daxil edildiyi iddia edilib. Fransız ulduz son zamanlar azarkeşlərin sərt reaksiyası səbəbindən diqqət mərkəzində olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, Florentino Peres komanda daxilində böhran yaradan Mbappe üçün 250 milyon avro transfer haqqı təyin edib. "Real" rəhbərliyinin ulduz oyunçu ilə bağlı radikal qərarlar qəbul etməyə hazır olduğu barədə şayiələr də gəzir.
Son həftələrdə “Santyaqo Bernabeu”da azarkeşlərin Mbappeni fitə basması diqqəti cəlb etmişdi. “Real Ovyedo” oyunu zamanı fransız ulduzun adı açıqlandıqda tribunadan sərt reaksiya gəlib.
Mbappenin “El Klasiko”dan əvvəl sevgilisi Ester Exposito ilə İtaliyaya səfəri də İspaniyada böyük qalmaqala səbəb olub. İspaniya mətbuatı bəzi futbolçuların fransız ulduzun aldığı imtiyazlardan narazı olduğunu yazıb.
Mbappenin anasının “Santyaqo Bernabeu”da azarkeşlərin oğlunu fitə basmasına cavab olaraq güldüyü anlar da xəbər başlıqlarına çıxıb. Görüntülər sosial mediada böyük ajiotaj yaradıb. Çempionluq yarışındakı məyusluqlardan sonra “Real”da gərginlik artır. Mbappenin gələcəyi ilə bağlı hadisələrin yaxın günlərdə daha aydın olacağı gözlənilir.
İdman xəbərləri